image-qanunla-reklam
image-fawfysqatx

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

image-lady-day-az

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

Dövlət başçısı cənab  İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib. Görüşdə çıxış edən ölkə başçımız qeyd etdi ki, Türkiyə dövləti ilə aramızdakı güclü qardaşlıq bağı 44 günlük müharibədə öz mövqeyini açıq şəkildə qoydu. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Əlaqələrimizm üttəfiqlik istiqamətində inkişaf etməkdə davam edir.  2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır. Bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə  qaldırılmışdır. Bu gün dünyada güclü dövlətlər Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.

Xüsusilə Türkiyənin hərbi gücünü artırmaq istiqamətində fəaliyyəti böyük əhməiyyət daşıyır.Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Şübhəsiz ki, bu məsələlərdə Türkiyənin  dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanın mövqeyi çox önəmli idi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki