image-qanunla-reklam
image-1675921751-63e3df92470a9b10c0d92df9

4 gün öncə aldıqları evin dağıntıları altında öldülər

image-lady-day-az

Zəlzələ baş verən Türkiyənin Kahramanmaraş bölgəsində daha bir ailə faciəsi yaşanıb. 

“Qanunla.az” xəbər verir ki, Elbistan mahalında baş verən hadisədə bir ailənin beş üzvü 4 gün öncə aldıqları evin dağıntıları altında qalaraq vəfat ediblər.

Məlumata görə, İsmayıl Taşkın işləmək üçün sözügedən bölgəyə gedibmiş. Zəzələdən sonra onunla bərabər həyat yoldaşı Zeliha Taşkın, uşaqları Sehernur, Hanım və 5 yaşlı Məhəmməd Əmin Taşkının cəsədləri tapılıb.

İsmayıl Taşkın fevralın 2-də Günəşli məhəlləsində aldığı mənzilin sənədinin sevincini sosial media hesabında paylaşmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki