image-qanunla-reklam
image-427e3427161278292625815426611114943

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır

image-lady-day-az

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Yandırılmış, dağıdılmış kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, xarabaya çevrilmiş, məhv edilmiş meşələrimiz, talan edilmiş qəbirlərimiz erməni faşizminin və terrorunun acı nəticələridir.  Ona görə də Azərbaycanın qazandığı Qələbə təkcə Ermənistan deyil, həm də faşizm üzərində çalınmış Qələbədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Hazırda  Azərbaycan dövləti 30 il davam edən işğalın acı nəticələrini aradan qaldırmaq üçün çalışır. Bu məqsədlə dövlətimiz tərəfindən  işğaldan azad edilmiş ərazilərdə geniş bərpa- quruculuq işləri həyata keçirilir.  İşğaldan azad ediləndə bayraq taxmağa salamat bir bina tapılmayan Füzuli şəhərində  artıq Beynəlxalq Hava Limanı istifadədədir Bütün Qarabağ zonasının “yaşıl enerji” zonası olması, bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası əsasında qurulması üçün fəal iş aparılır. Həyata keçirilən iri infrastruktur layihələr, beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu ölkəmizin gücünün və beynəlxalq nüfuzunun göstəricisidir. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi daha da  inkişaf edəcək.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki