image-qanunla-reklam
image-_1602661303

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır

image-lady-day-az

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır

Azərbaycan Türkiyə əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf edir. Prezident cənab İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümümmilli Lider, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlində dayanır. Müasir dövrdə etibarlı müttəfiq olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Bu ilin 16 mart tarixində Ankarada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşü mühüm və yadda qalan hadisədir.

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. İşğal illərində təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Bu gün ölkəmiz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Prezident cənab İlham Əliyevin Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın Türkiyə ilə olan əlaqələri yüksək səviyyədədir və eyni zamanda bu gün birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki