Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həlak olmuşdu.

“Qanunla.az” xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb.

Partlayış zamanı partlayış nəticəsində “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olub.

Qeyd edək ki, indiyə qədər 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub.