image-qanunla-reklam
image-3b2cef5f064aaf1d2b83c55c01fb8b01

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

image-lady-day-az

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı.

Xalq Cümhuriyyəti 1920-ci ildə rus və erməni bolşevik-daşnakları tərəfindən devrildi və ordumuz ləğv edildi. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanmasına başlandı. Ulu öndər 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratdı və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu öndərin sayəsində gənclərimiz Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, SSRİ-nin digər hərbi məktəblərində güzəştli şərtlərlə oxudular.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər 22 may 1998-ci il tarixli Fərmanla Əlahiddə Azərbaycan Korpusunun yarandığı günü – iyunun 26-nı Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir.

Bu gün Qafqazda ən müasir və ən güclü ordu hesab olunan Milli Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında fəxri yer tutur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir ki, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan minlərlə övladımız, hərbçimiz bu briqadalarda xidmət edəcəklər.

Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlanan 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Ordumuzun taktikasını öyrənən Qərb analitikləri bir sıra amillərə əsaslanaraq etiraf etdilər ki, Azərbaycan Ordusunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, heç bir şansı olmayacaqdı. Elə bu səbəbdən də II Qarabağ müharibəsindəki döyüş taktikamız dünya hərb tarixində yenilik kimi ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarını indi də təhlil edir, öyrənirlər.

Yaşasın Azərbaycan Ordusu, xalqla ordumuzun yenilməz birliyi!

 

Zərdab rayon “Əkinçi” qəzetinin baş redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki