image-qanunla-reklam
image-26-iyun-yazili-sekiller

26 iyun –  Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

image-lady-day-az

26 iyun –  Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Ordumuzun yüksək səviyyədə hazırlığı, peşəkarlığı  Vətən müharibəmizdə bir daha özünü təsdiqlədi. Ordumuz tarixə qızıl hərflərlə yazılmış 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vuraraq əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağı işğaldan azad etdi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı.

Ehtiram Osmanov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki