image-qanunla-reklam
image-media-media-media-ulu-onder-heyder-eliyev-etqp35jyslkowciv2z40-mi6cehszx81njg3wv5lk-bk1iha32fqo7t4xru0jw

2023-cü il “Heydər Əliyev İli”

image-lady-day-az

2023-cü il “Heydər Əliyev İli”

Hazırda  yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər Əliyev İli” kimi daxil olur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin “Heydər Əliyev İli” kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. “Heydər Əliyev İli”nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən Sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını “Heydər Əliyev İli”nin aydın yol xəritəsi də adlandırmaq olar. Bütün bunlara görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə, Azərbaycan xalqının tarixində, taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər.

Cənab Prezidentimizin Sərəncamına uyğun olaraq 2023-cü il ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin Zərdab rayonunda yüksək səviyyədə qeyd olunmasını təmin etmək üçün Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən imzalanmış Sərəncamı ilə Tədbirlər Planı”nı təsdiq edilib. Həmin Sərəncama əsasən rayon ərazisində də Tədbirlər Planına uyğun olaraq 2023-cü ildən başlayaraq çoxsaylı tədbirlərin həyata keçirilməsi təşkil olunur.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki