image-qanunla-reklam
image-1688189977_italya-da-kolezyum-a-zarar-veren-turistin-kimligi-16077158_3882_amp

2000 illik Kolizeyə bu şəxsin adını yazdı, cərimələndi

image-lady-day-az

İtaliyada təxminən 2000 illik tarixi amfiteatr olan Kolizeyə sevgilisinin adını yazan gənc saxlanılıb. 

“Qanunla.az” xəbər verir ki, açarı ilə tarixi abidəyə sevdiyi xanımın adını yazan britaniyalı polislər tərəfindən nəzarətə götürülüb. O, 2000 illik abidəyə ziyan  verdiyinə görə cərimələnib.  Bundan sonra turist sərbəst buraxılıb.

İtaliyanın mədəniyyət naziri Sangiuliano sevgilisinin adını Kolizeyə yazan turistlə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Mən bir turistin Kolizeyə zərər verməsini son dərəcə ciddi, dəyərsiz və böyük bir həyasızlıq kimi görürəm. Bunu edən şəxs tapılıb qanunlarımıza uyğun cəzasını aldı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki