image-qanunla-reklam
image-geydar-aliyev-5

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı

image-lady-day-az

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı

XX əsrin 90-cı illərin əvvəlində Sovetlər Birliyinə qarşı ən ciddi etirazlar Bakıda baş verirdi. Elə ən böyük cəzanı da ölkəmizə tətbiq etdilər. Yüzlərlə insan Bakının mərkəzində Sovet ordusunun “süngüsündən” keçdi. Bir söz var, deyərlər ki, bir müsibət min nəsihətdən yaxşıdır. Əlbəttə, vətəndaşlarımızın öldürülməsi xalq olaraq faciəmiz idi. Lakin 20 Yanvar hadisəsi və Qarabağda baş verənlərdən sonra Sovet ordusuna canını, varını və övladlarını qurban verən xalqımız əyani gördü ki, bu hadisələri edən ordu onun ordusu ola bilməz. Naxçıvanda müstəqilliyimizin bərpası ilə bağlı ilk qərarlar o zamanlar verilsə də, Bakıda hələ də əli insanların qanına batmış qızıl orduya ümidlər var idi.

Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin bütün sahələrini olduğu kimi ordu quruculuğunu da dirçəltdi. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Əslində Ulu Öndər Heydər Əliyev hər şeyə sıfırdan başlamamışdı. Özünün birinci hakimiyyət illəri ərzində atdığı addımları davam etdirdi. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ümummilli Liderin Azərbaycan xalqına verdiyi böyük töhfələrdən yalnız biridir. Müstəqilliyimizin bərpasından sonra ordunun əsasını və generalların isə demək olar ki, hamısını Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edirdi. Bu gün də ordumuzun əsasını bu hərbi liseyin məzunları təşkil etməkdədir. Ulu Öndər Heydər Əliyev yalnız ölkəmizə siyasi sabitlik, atəşkəs gətirməmişdir. O eyni zamanda da müstəqil Azərbaycan Respublikasının ilk hərbi qələbəsi olan Horadiz əməliyyatının da banisi olmuşdur. Ordumuzda olan ruh düşkünlüyünün aradan qaldırılmasına xidmət edən bu əməliyyat gələcək zəfərlərimizin də rəhni olmuşdur. İqtisadi uğurlarımızı ordu quruculuğuna yönləndirən dövlətimiz sonda möhtəşəm bir zəfərə imza ata bilib.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki