Uzun müddətdir eşq yaşayan  aktyor Berk Oktay və həmkarı Yıldız Çağrı Atiksoyun nişan mərasimi keçirilib. 

“Qanunla.az”  xəbər verir ki,  mərasim ötən gecə  ailələr arasında baş tutub. Cütlüyün nişanının ilk fotoları qısa zamanda sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Berk Oktay hazırda “FOX TV”də yayımlanan “Yasak Elma” serialında “Çağatay” obrazına həyat verir.

O, uzun müddətdir həmkarı Yıldız Çağrı Atiksoyla sevgili olub. Münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən Oktay ötən il sevgilisinə evlilik təklifi etmişdi.