image-qanunla-reklam
image-lale

“Xanımlar sevgisizlikdən əziyyət çəkir, məndə hər zaman artıqlaması ilə olub”

image-lady-day-az

Əməkdar artist Lalə Məmmədova Qanunla.az-ın suallarını cavablandırıb.

Qanunla.az onunla qısa müsahibəni təqdim edir:

– Lalə xanım, yaxın günlərdə plastik əməliyyat keçirmisiniz. Xarici görünüşünüzlə bağlı nəticədən razısınızmı?

– Bəli, üzümdə yaşla əlaqədar buxaq və yanaq əzələlərimdə aşağıya doğru düşüklük vardı. Bunları aradan qaldırmaq üçün plastik əməliyyat olundum. Əldə etdiyim nəticədən çox razıyam. Plastik əməliyyat keçirməyə ona görə razılaşdım ki, öz simam olsun, yəni dolğular və botoks kimi inyeksiyalar olmasın. Üzüm süni yox, daha təbii olsun.

Hələ də reabilitasiya prosesi gedir. Mən zamanında bu əməliyyatı etdirdim. Burun əməliyyatımdan sonra tamaşaçılarım narahat oldular. Başladılar yazmağa ki, Lalənin siması dəyişdi, gərək bu əməliyyatı etdirməzdi. Amma mən tamaşaçımı incitmək istəmirəm. Onlar köhnə Laləyə öyrəşiblər. Mən üzümdə əlavə şeylərin olmasını istəmirəm.

– Bu dəyişiklik həyatınıza necə təsir etdi?

– Dəyişikliyi şəxsi həyatımla bağlayırlar. Ümumiyyətlə, səhnədəki görünüşüm şəxsi həyatıma mane olur. Adətən, xanımlar əgər sevgisizlikdən əziyyət çəkirsə, məndə, Allaha şükür, hər zaman artıqlaması ilə olub. Amma fanatlarımı çox zaman çaşdıran mənim səhnədəki görünüşüm olub. Onlara elə gəlir ki, bütün günü evdə oturub deyirəm ki, mənə çay, yemək gətirin və sair.

Realllıqda Lalə Məmmədova sıradan bir qadındır, övladı üçün narahat olan anadır. Heç kimdən fərqlənən insan deyiləm. Sadəcə adi insanlardan fərqim hissiyatım ola bilər. Hissiyatım olmasa, elə mahnılar oxuya bilmərəm. Mən indiyəqədər bir dəfə də güzgünün qarşısında oxuyanda baxmamışam ki, ifa edəndə üz mimikam necədir? Yalnız 10 il əvvəl xəbərim oldu ki, üzümdə sağ profilim daha yaxşı görünür.

Ümumilikdə sıravi insanlardan elə bir fərqim yoxdur. Bizə elə gəlir ki, bunu da bacararam. Amma həyatımda elə anlar olir ki, başa düşmüşəm ki, hamı kimi zəifəm. Güclü anayam, amma qadın olaraq inanın ki, doğrudan da zəiflikləri, boşluqları ilə adi bir qadınam. Çünki səhnəyə çıxanda, əlimə mikrofon alanda artıq o mən deyiləm.

– Qızlarınız necədir?

– Böyük qızım bu il məktəbi bitirir. İmtahanı verib, cavab gözləyirik. O, çox istedadlıdır, qızımdır deyə demirəm. Amma məni ən çox rahat edən odur ki, çox mərhəmətlidir. Sabah kimisə ağlayan və zəif görsə, onun müdafiəsinə qalxacaq gücdədir. İnsanlarda ən vacib odur. Qaldı ki, universiteti bitirəcək və sair – xoşbəxtlik bunda deyil. Sadəcə sabah mən həyatda olmayanda bilim ki, o ayaqüstə dura biləcək. Amma inanın ki, xoşbəxtlik oxumaqla deyil. Bunu mən özümdən götürürəm. İki universitet bitirmişəm. Çalışmışam, 17 il dərs demişəm. Amma başa düşdüm ki, xoşbəxtlik o deyilmiş…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki