image-qanunla-reklam
image-1644230326_232656_fhkhs5anrv

“Şəxsi həyatımda günəş doğur” – Lalə Məmmədova

image-lady-day-az

Əməkdar artist Lalə Məmmədova eşq yaşadığını etiraf edib.

Qanunla.Az xəbər verir ki, müğənni bu haqda “Şourum” verilişində deyib. O bildirib ki, artıq həyatında sevgi var:

Şəxsi həyatımda günəş doğur. İşıqlarını belə hiss edirəm. İnsanın içində müəyyən bir şeylər cücərirsə, o, heç nəyi gözləmir: nə qışı, nə də yazı. Mənim içimdə duyğular var. Səbəbi olan insan da var. Amma sirdir.

Hələ gözəl mərhələlər keçirəm. Bizdə tanınma mərhələsidir. Yola saldığım ildə 43 yaşım var idi. O, yaşı sevdim, gözüm həyata başqa cür açıldı.

Mənim də həyatımda az şeylər olmadı. Yanıldığım, yandığım anlar oldu. Artıq səhv etmək hüququm da, şansım da çox azdır. Valideynlərimlə yaşayıram. Atamın öz, anamın öz qayğıları var. Düzdür, biz beş bacıyıq, amma onlarla yaşadığım üçün çox məsuliyyət mənim üzərimədir. Və bu qədər şeyin içində evliliyə hazır deyiləm. Mənə elə gəlir ki, hər şeyi yerinə qoyub, sonra evlilik haqda düşünmək olar”.

Qeyd edək ki, L.Məmmədova bir dəfə ailəli olub və onun bu nikahdan iki qız övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki