image-qanunla-reklam
image-1646030910_1512385785_nata

“Sənə gəlinlik geyindirdim, qadın etdim” – Dado (VİDEO)

image-lady-day-az

Reper Dado (Səid Əliyev)  “Şourum”  proqramına qonaq  olub. 

“Qanunla.az” xəbər verir  ki, o, verilişdə keçmiş həyat yoldaşı müğənni Natavan Həbibi haqda bəzi açıqlamalar verib.

“Gedirəm uşağı görməyə, çəkiliş edir. Tamaşaçı deyir, barışdırlar. Məhkəməyə vermişəm, qəti qərarımdır. Üç ay müddət veriblər ki, get fikirləş. Heç istəməzdim belə olsun, amma bu yola əl atmağa məcbur etdilər. 3-4 ay idi uşağımı görmürdüm. Ürəyim partlayır, dözə bilmirəm. Gedirəm görməyə, elə şeylərlə rastlaşıram ki, getməyəcəm. Uşaq mənimdir. Var gücü ilə istəyirlər uşaq atasız qalsın. Onu çox istəyirəm, əlimdən gələni etdim ki, uşağın yanında qalım. Məndən başqa uşağın atalı, analı böyüməsini istəyən yoxdur. Nə Natavan, nə onun evindəkilər uşağın atasıyla böyüməsini istədi. İlk uşağam, valideynlərimin ilk nəvəsidir. Mənimlə sənin aranda olan münasibətdir, yazıq baba-nənənin nə günahı? Onun anası qəsdən edir ki, uşaq biz tərəfi tanımasın”.

Dado bildirib ki, açıqlama verəndə də onu hədələyirlər:

“İstəmirəm məhkəməyə verim ki, uşağı güclə gətirsinlər valideynlərim görsün. Uşaq doğulandan sonra dəyişdi. Sənə gəlinlik geyindirdim, qadın etdim. Özünə sığışdırmırsan ki, atam, anam gəlsin nəvəsini görsün? Aliment məsələsinə gəldikdə, nə qərar verilsə odur. Dünyanı dağıdaram. Alimenti də haqla istəyrlər. Nə mən, nə valideynlərim gedib görə bilir uşağı. Ona görə aliment verəcəm? Heç kimdən qormuram, çəkinmirəm”.

Bildirək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki