image-qanunla-reklam
image-1674461444-63ce3d4b16be663ce3d4b16be7167446049163ce3d4b16be163ce3d4b16be3

Qusarda 2 nəfər narkotiklə tutuldu

image-lady-day-az

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Qanunla.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Elxan Şixzadayev və Elşad Camalov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki