image-qanunla-reklam
image-1669969879_1669398436-1659522504_482755-1669397882

“Onlar sülhməramlı deyil, erməniyanlı qüvvələrdir” – Deputat

image-lady-day-az

“Azərbaycan Laçın yolunda öz postunu yaratmalıdır”.

Qanunla.az xəbər verir ki, Mili Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

“Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Erməni separatçılarını himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr. Əslində onlar sülhməramlı deyil, erməniyanlı, ermənipərəst qüvvələrdir. Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq. Mətbuatdan bəlli olur ki, dünən İrandan 14 nəfər şəxsiyyəti, əməli, niyyəti məlum olmayan şəxslər Xankəndinə gəlib. Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onlar nəyə görə gəliblər?”, – deyə deputat bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki