image-qanunla-reklam
image-ermeni-esgerler

Nikolun bu sözü deməsi və sərhədə ordu cəmləməsi…

image-lady-day-az

Ermənistanın Azərbaycanla sərhəddə artilleriya və canlı qüvvə cəmləməsi haqda məlumatlar fonunda Nikol Paşinyanın Bakını “yeni hərbi təcavüzlə” ittiham etməsi təsadüfi deyil.

Nikol iddia edir ki, Azərbaycan sərhəddə “atəşkəsi pozur” və bu, yeni hərbi hücum üçün bəhanədir. Əlavə edir ki, atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır.

12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər –Qərbin, xüsusilə Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə “mülki missiya”nın gəlişi qərarı və s. – İrəvanın hədəfinin sərhədə “beynəlxalq müşahidəçi” adı altında Qərb qüvvələrinin gətirilməsi, bununla sərhədin müəyyən edilməsi də daxil olmaqla, bölgədəki vəziyyəti öz xeyrinə dəyişmək olduğunu təsdiqlədi. Praqada qərar qəbul edilsə də, Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası gözlənildiyi kimi sərt oldu və Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq.

Ermənistan Rusiyanın prosesə müdaxiləsinə qədər “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir və erməni qoşunların sərhəddə cəmlənməsinə paralel olaraq, Paşinyanın Azərbaycanı “yeni təcavüzə hazırlaşmaqda” ittiham etməsi də İrəvanın növbəti hərbi kampaniyaya başlayacağı gözləntisini artırır. Təxribatların Moskvada mümkün görüşə qədər olacağı da istisna deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki