image-qanunla-reklam
image-meyit

Meyit qalıqları tapılan insanlar vəhşi heyvanlara yedirdilib – Hərbi Prokurorluq

image-lady-day-az

Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması prosesinə start verilib.

Bunu Qanunla.az-a  Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

“Ötən dövr ərzində Xocalı Rayonu Fərrux kəndində, Xocavənd rayonu Edilli kəndində, Füzuli rayonun Yuxarı Seyidəhmədli kəndində, Şuşa rayonu Daşaltı kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən artıq şəxsə məxsus insan meyiti qalıqları aşkar edilib.

Şuşa həbsxanası ərazisində saxlanılan azərbaycanlılar qəddarcasına işgəncə verməklə, yəni döyülməklə, saçları kəsilməklə, itləri üstlərinə buraxmaqla, yaralı, halsız vəziyyətdə olan azərbaycanlıları donuzlara yedirtməklə və digər vəhşi üsullarla qətlə yetirilib, elə buradaca həmin həbsxananın ərazisində basdırılıblar”, – o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki