image-qanunla-reklam
image-370269902_1811895769223697_4481652932683732180_n

Məhkəmə emalatxanada iki nəfəri bıçaqlayan şəxslə bağlı qərar verdi

image-lady-day-az

Ali Məhkəmədə Sumqayıtda xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qorxmaz Salayevə bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalında həbs edilib.

İttiham aktında qeyd edilib ki, Qorxmaz Salayev qohumu Fariz Qasım oğlu Məhəmmədovla birlikdə 04.09.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt şəhər, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir emalatxanasının qarşısında Ülvi Nüsrət oğlu Mustafayev və Ceyhun Əşrəf oğlu Xəlilzadə ilə mübahisə edib. Bu zaman o, bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib. Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki