image-qanunla-reklam
image-1683101181-asttttt-1

Keçmiş bələdiyyə sədrini öldürüb meşəyə atdılar – YENİLƏNİB

image-lady-day-az

Mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Qanunla.az  xəbər verir ki, ilkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

E.Əzizlinin keçmiş bələdiyyə sədri olduğu və Astaranın kəndlərindən birində müəllim kimi fəaliyyət göstərdiyi bildirilib.

***

Astarada 54 yaşlı kişi itkin düşüb.

Qanunla.az  xəbər verir ki, hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları polisə müraciət ediblər.

Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki