image-qanunla-reklam
image-hebsxana

Həbsdəki oğluna mürəbbə

image-lady-day-az

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Axar.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki