image-qanunla-reklam
image-6215d60c3ef586215d60c3ef5916455982206215d60c3ef566215d60c3ef57

Həbsdəki keçmiş icra başçısı müavininin cəzası 3 ay azaldıldı

image-lady-day-az

Ağstafa rayonunun həbsdə vəfat edən keçmiş icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.

Qanunla.az-ın APA-ya istinadla xəbərinə görə, Gəncə Apelyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki