image-qanunla-reklam
image-1657693394_image_750x_62cdca21790b9

Ermənistan “Laçın dəhlizi”ndə yolun tikintisinə BAŞLAYIR

image-lady-day-az

“Laçın dəhlizi”nə alternativ yolunun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq və tenderdə qalib gələn şirkət 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Azərbaycan tərəfi Ermənistan hissəsini öz vəsaiti ilə tikməyi təklif etsə də, Paşinyan ictimaiyyətin münasibətindən ehtiyat edərək bundan imtina edib.

Nəşr həmçinin xatırladıb ki, 2020-ci il üçtərəfli bəyanatına əsasən, 3 il ərzində “Laçın dəhlizi” ilə yeni marşrut xətti çəkilməlidir. Azərbaycan artıq yolun Laçının yaşayış məntəqələrindən yan keçən hissəsinin tikintisini başa çatdırır, Ermənistan hissəsi hələ ki, başlamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki