image-qanunla-reklam
image-1552840874-qadin-meyit-qetl-kriminal-olum-intihar3

DİN Ağcabədidəki qətllə bağlı MƏLUMAT YAYDI

image-lady-day-az

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən “Qanunla.az”a daxil olan məlumatda deyilir:

“2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olmuşdur.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır.

Ağcabədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki