image-qanunla-reklam
image-img_20240830_081639

Bu gün ən ali səviyyədə ədalət bərqərar oldu-vəkil Adəm Məmmədov

image-lady-day-az

Bu gün ən ali səviyyədə ədalət bərqərar oldu!

Peşəkar vəkili Adəm Məmmədov Qanunla.Az-a açıqlamasında bildirib ki, AR Ali Məhkəməsinin hakimi İlkin Rəcəbov ədalətli qərarı ilə müdafiə etdiyim şəxsə bəraət verilməsinə dair prokurorun protestini təmin etmədi.

İttihamçı şəxsin 10 il müddət azadlıqdan məhrum olunmasını tələb edirdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Cavid Səfərli) hökmü ilə AR CM-nin 206.3.2 (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçamaqçılıq yolu ilə ölkə sərhəddindən keçirilməsi), 234.4.1 və 234.4.3-cü maddələrinə (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə daşınması) əsasən ittiham olunan hüquqlarımı müdafiə etdiyim Süleyman Əliyoldaşov barəsində bəraət hökmü çıxarılmışdı. Əsassız ittihamla 1 il 5 aydır həbsdə saxlanılan kasıb taksi sürücüsünün azadlığa buraxılmasının yaratdığı sevinc hissini yaşamışdıq.
Məhkəmələr tərəfindən belə ədalətli mövqe sərgilənməsi, bəraət hökmlərinin çıxarılması hər kəsin dövlətimizə olan inamının daha da artmasına zəmin yaradır.

image-fb_img_1724991125935


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki