Xətai rayonu ərazisində oğurluq olub.
Qanunla.Az xəbər verir ki, polisə müraciət edən ev sahibəsi oradan 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.