image-qanunla-reklam
image-1712293229-660f83aa2379a660f83aa2379b1712292778660f83aa23798660f83aa23799

Ağdaşda narkokuryer tutuldu

image-lady-day-az

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Fahim Muradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib.

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışına qarşı keçirilən tədbirlər zamanı Biləsuvar rayon sakini Z.Bədilov da saxlanılıb. Ondan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki