image-qanunla-reklam
image-1682542753_bicaqlanma1677245806

Abşeronda 44 yaşlı kişi QƏTLƏ YETİRİLDİ

image-lady-day-az

Abşeron rayonunda 44 yaşlı kişi öldürülüb.

Qanunla.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki