image-qanunla-reklam
image-1654509892-629dcfda04052629dcfda040531654509528871a929f208bc9a2207d86f3711d9e2f

“Şərq Bazarı” yenidənqurmadan sonra istifadəyə verildi – FOTOLAR

image-lady-day-az

Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Qanunla.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

“Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.

Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.

Qeyd edək ki, “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.

Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.

Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.

Onu da qeyd edək ki, “Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdir. Yenidən qurulan “Şərq Bazarı” kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb.

image-1654510147_1654509090685510392_1000x669 image-1654510147_16545090905134750413_1000x669 image-1654510147_16545090904072830650_1000x669 image-1654510147_16545090903888025088_1000x669 image-1654510147_16545090896137831207_1000x669 image-1654510147_1654509089603878647_1000x669 image-1654510147_16545090894374919393_1000x669 image-1654510146_16545090893482852096_1000x669 image-1654510146_16545090892823043519_1000x669 image-1654510147_16545090893954439941_1000x669 image-1654510146_16545090892083221517_1000x669 image-1654510146_16545090884169450532_1000x669 image-1654510146_16545090881306822455_1000x669 image-1654509892-629dcfda04052629dcfda040531654509528871a929f208bc9a2207d86f3711d9e2f


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo