image-qanunla-reklam
image-1683357602-vekil

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verildi

image-lady-day-az

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Belə ki, qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə bir vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə, eyni zamanda bir vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin üç aylıq dayandırılması barədə qərər qəbul olunub.

Bundan başqa, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, bir yeni vəkil bürosunun təsisi və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki