image-qanunla-reklam
image-image_870x_681b101219fbc

İctimai fəal Əhməd Məmmədli adam vurdu — Saxlanıldı

image-lady-day-az

Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.

Qanunla.az xəbər verir ki, hadisə mayın 6-da saat 22 radələrində Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə səbəb taksidə yer üstündə mübahisə olub.

Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki