image-qanunla-reklam
image-ff70664c946e855507a66e2023959a22

Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi

image-lady-day-az

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev növbəti dəfə eyni maddə ilə cəza alıb.

Qanunla.az xəbər verir ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Habil Vəliyev 3 nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, H.Vəliyev daha əvvəl də eyni ittihamla məhkumluq həyatı yaşayaraq həbs edilmiş, 4 il cəza almışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki