image-qanunla-reklam
image-302179840_3308534069392380_8071153771885061974_n

Biz sizlərlə fəxr edirik!

image-lady-day-az
Biz sizlərlə fəxr edirik!
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin müəssisələrində Vətən müharibəsinin qaziləri ilə görüşlərin keçirilməsi artıq ənənə halını alıb.
Qanunla.Az xəbər verir ki,bu dəfəki görüş 29 avqust 2022-ci il tarixində Salahlı kənd kitabxana filialının təşkilatçılığı “Biz sizlərlə fəxr edirik!” adlı görüş təşkil olunub. Görüşdə Vətən müharibəsinin qaziləri,Zərdab rayon Mərkəzi Kitabxanasının,Gəlmə,Salahlı və Xanməmmədli kənd kitabxana filiallarının əməkdaşları, Gəlmə kənd İcra nümayəndəsi Tahir Qasımov, Gəlmə bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən Lamiyə Bədəlzadə iştirak ediblər. Öncə Azərbaycanın birliyi,bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva tədbiri açaraq, ilk növbədə qazilərimizi salamladı . O, bildirdi ki, Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını itirən siz qazilər bütün gənclərə, eyni zamanda bütün ölkə vətəndaşlarımıza örnəksiniz. Siz bizim qəhramanlarımız, qürür qaynağımızsınız. Hər bir ölkə vətandaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidir. Biz sizlərlə fəxr edirik! Nailə xanım qazilərlə söhbətində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən danışıb.Şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini qeyd etdi. Şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə qayğı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu xüsusi vurğuladı. Görüşdə Gəlmə kənd İcra Nümayəndəsi Tahir Qasımov,Gəlmə bələdiyəsi sədrinin səlahiyyətlərini icra edən,Salahlı kənd kitabxana filialının müdiri Lamiyə Bədəlzadə, din xadimi,kərbəla Mirzə Abbasov, Mərkəzi Kitabxananın əməkdaşları Gülüstan Rəhimova, Rəqibə Qasımova,Namiq Səfərəliyev,Sahilə Xəlilova ,Gəlmə kənd kitabxana filialının müdiri İlahə Hüseynova, Xanməmmədli kənd kitabxana filialının müdiri Rəhimə İslamova çıxış edərək ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında zərdablı igid oğullarımızın da igidliyindən bəhs ediblər. Vətən müharibəsinin şahidi və fədakar oğulları , Orucov Hacı Nəğmər oğlu,İbrahimli İlkin Seymur oğlu,Ələsgərli Ülvü İsa oğlu və Cəbrayılov Aqil Yaqub oğlu müharibə ilə bağlı xatirələrini bölüşüb, cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin şərəfli döyüş yolundan söz açdılar. Görüş iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. Görüşdə qazilərlə xatirə şəkili çəkildi.
Zərdab MKS-nin İnformasiya-resurs şöbəsinin müdüri Rəqibə Qasımova
image-302179840_3308534069392380_8071153771885061974_n
image-302577202_3308530072726113_443381601698895629_nimage-302502745_3308530462726074_2138667578722672171_nimage-302480814_3308530802726040_4448551701942089029_nimage-302190300_3308531362725984_3714612787309952741_nimage-302417093_3308532072725913_3732074783516429583_nimage-302250256_3308532576059196_5492330440196586136_nimage-302316466_3308533176059136_8267470916458512631_nimage-302334435_3308533232725797_5658285448935618990_nimage-302432537_3308553226057131_1010330609064462281_nimage-302487496_3308554302723690_7789737733595166168_nimage-302561194_3308554329390354_2974338160003595596_nimage-302322896_3308543046058149_6976648944343440535_nimage-302284296_3308542796058174_2442152804850341143_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki