image-qanunla-reklam
image-1656477558_1655142948_62a750ef7c73e62a750ef7c73f165513239962a750ef7c73962a750ef7c73b

Bakıda ağır QƏZA: Yük avtomobilləri toqquşdu

image-lady-day-az

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və “MAZ” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə “Qanunla.az”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan ” Shacman” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki