image-qanunla-reklam
image-1639142320_1638337306_1610331161_bakubus-avtobus

Bakıda avtobuslar gecikmə ilə hərəkət edir

image-lady-day-az

Bu gün səhər pik saatlarında Bakı-Sumqayıt şossesində şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobusların intervalında gecikmələr var.

Bu barədə “Qanunla.az”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən qeyd olunan marşrut xətləri üzrə ümumilikdə avtobuslar 10-12 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bununla əlaqədar qeyd olunan marşrut xətləri üzrə 20 Yanvar dairəsi də daxil olmaqla hərəkət sxemi boyunca dayanacaqlarda sərnişin sıxlığı müşahidə olunmaqdadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo