image-qanunla-reklam
image-110459

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq

image-lady-day-az

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq

 

Ölkə başçısının fikrincə, erməni hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsi Ermənistanın özü üçün təhlükəlidir: “Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”. Bütün bunlar o deməkdir ki, Ermənistan “status” tələblərinə birdəfəlik son qoymalıdır. Ermənistanın siyasi dairələrinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir-birini təkzib edən açıqlamaları, ermənilərin davamlı sülhə hələ də hazır olmadıqlarını əyani şəkildə sübut edir: “Məhz bu faktlara görə də Prezident İlham Əliyev Ermənistanın siyasi dairələrinə, ictimaiyyətinə açıq-aydın mesajlarını çatdırdı. Bəli, çox da uzaq olmayan tarixdə 1920-ci illərdən başlayaraq o zamankı sovet rəhbərliyi, Azərbaycan xalqının rəyini nəzərə almadan, referendum keçirmədən kənd təsərrüfatına “ehtiyac” bəhanəsilə tarixi torpaqlarımızı ermənilərə verdi. Bir az da bu hadisələrdən əvvələ baxsaq görürük ki, 1918-ci ildə Ermənistan adlı bir dövlət mövcud olmayıb. Birinci Dünya müharibəsindən sonra yaranmış çox mürəkkəb geosiyasi vəziyyət ermənilərə Azərbaycan tarixi ərazilərində dövlət yaratmaq şansı tanıtdı. 1918-ci ildə o zamankı AXC  hökumətinin Azərbaycanın ayrılmaz hissəsi olan İrəvanı güzəştə getməsilə Cənubi Qafqazda erməni dövləti yarandı. Eyni zamanda ermənilər öhdəlik götürdülər ki,  Azərbaycanın ərazilərinə torpaq iddiaları irəli sürməyəcəklər. Ancaq bir az keçməmiş ermənilərin məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verməyə başladı. Rus hərbi birliklərindən hərbi yardım alan erməni daşnakları Azərbaycanın bir sıra vilayətlərini qan gölünə çevirdi. Tarix keçmişdən dərs almaq üçün ən mükəmməl bir vasitədir. Bu gün də biz ermənilərin  mifoloji təsəvvürlərlə bəsləndiyinin şahidiyik. Azərbaycan dövləti bölgədə sülhü təmin etmək üçün əlindən gələni əsirgəmir. Ancaq bir çox dövlətlərin əlində əsir-yesir olan Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək sülh prosesini uzadırlar”.  Prezident İlham Əliyevin son açıqlaması erməni cəmiyyətinə bir xəbərdarlıqdır: “Ermənilər bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Əks halda ermənilər müzəffər Azərbaycan Ordusunun qarşısında yenidən diz çökəcəklər, bunu yaxşıca anlasınlar. Onlar tezliklə sülhə razı olmasalar, Azərbaycan indiki Ermənistan ərazisindəki qədim yurdlarımıza dönüşü mütləq bərpa edəcək”. Ermənistan müharibədən sonra yaranan reallıqlarla barışmalıdır.

Babək Əliyev Zərdab şəhəri, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo