image-qanunla-reklam
image-fb_img_1654960813429

“Milli Qurtuluşdan Zəfərə:Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi”

image-lady-day-az

“Milli Qurtuluşdan Zəfərə:Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi”

Zərdab rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam edir.
2022-ci il İyunun 10-da Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatcılığı ilə “Milli Qurtuluşdan Zəfərə:Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi” mövzusunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbir Ucar rayon Heydər Əliyev Mərkəzində keçirilib. Müasir-müstəqil Azərbaycanın dövlətinin memarı, xalqımızın Ümummili Lideri Heydər Əliyevin və Torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Elmi-praktik konfransı giriş sözü ilə açan Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova 1993-cü il iyunun ayında müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyevin qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını aldığını qeyd etdi.
Tədbirdə çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Ulu öndərin hakimiyyətə yenidən qayıdışının Azərbaycanın böyük təhlükələrdən xilasının, stabilliyə, əmin-amanlığa açdığı yol olduğunu diqqətə çatdırdı. 15 iyun Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixindəki dərin mahiyyətinin davamlı ideoloji iş kimi qiymətləndirib.
Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən söz açaraq, dahi şəxsiyyətin növbəti dəfə hakimiyyətə gəlməsi ilə müasir, demokratik və sarsılmaz Azərbaycan dövlətinin əsasının qoyulduğunu, Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərinin yarandığını diqqətə çatdırıb.
Sonra Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin direktoru Pahib Rəsulov və digər çıxış edənlər, Ulu Öndərin qayıdışının Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini, onun yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm siyasi ideoloji bazaya malik olduğunu bildiriblər.

image-fb_img_1654960813429 image-fb_img_1654960799040 image-fb_img_1654960803198 image-fb_img_1654960805897 image-fb_img_1654960793173 image-fb_img_1654960790150 image-fb_img_1654960787066 image-fb_img_1654960809560 image-fb_img_1654960816972 image-fb_img_1654960795988image-fb_img_1654960783153


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo