image-qanunla-reklam
image-photo_47567-1

Xəzər dənizinin zəngin potensialı

image-lady-day-az

Xəzər dənizinin zəngin potensialı

Xəzər dənizi yer kürəsində ən böyük axmaz göldür.Avropa və Asiyanın  kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanir. Suyun səviyyəsi dəyişkəndir,hazırda o okean səviyyəsindən təqribən 28 metr aşağıdır.Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44% -ni təşkil edir.Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 km-dir ki, onun da 825 km-i Azərbaycan Respublikasının payına düşür.

Xəzər dənizi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan  və İranla əhatələnir. Dənizə 130-a qədər çay tökülür,ən böyüyü Volqadır.Xəzərdə irili-xırdalı 50-dək ada var.Xəzər dənizinin respublikamızın iqtisadi  və siyasi  həyatında çox böyük əhəmiyyəti  vardır.Dünya ölkələri ilə iqtisadi ticarət əlaqələrinin qurulması,yük daşınması,əsasən,bu dəniz vasitəsilə həyata keçirilir. Bundan başqa Xəzərin Azərbaycan sahilləri neft və qaz yataqları ilə zəngindir.Müxtəlif hesablamalara görə  Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır.Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar  fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir.

Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var.O başqa dəniz və göllərdən seçilir.Xəzərdə həm də, qiymətli balıqlar yaşayır.Ümumiyyətlə,Xəzər dənizi ətrafında yaşayan hər bir xalq və ölkə üçün olduqca əhəmiyyətlidir.

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialı var.Bu barədə bu gün Bakı Enerji Həftəsi  çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq  Xəzər Neft  və Qaz “Caspian  Oil  Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda alternativ enerji ilə bağlı bir çox enerji şirkəti ilə aktiv danışıqlar aparılır.Xəzərin nəhəng imkanları var.Artıq qiymətləndirilib və məlumata görə,Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150000 meqavatdır. Bu, böyük həcmdir.

 

Teymurova   Sevda,

Saatlı rayon Ə.QuIiyev  adına  Genişkənd   kənd  ümumi  orta   məktəbin

Azərbaycan  diIi  və  Ədəbiyyatı  müəIIimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki