image-qanunla-reklam
image-1653383930-vlxsc-4911463782

Azərbaycanda 87 anbarda xüsusi təhlükəli gübrə aşkarlandı

image-lady-day-az

Azərbaycanda keçən il və bu ilin ötən dövründə bitki sağlamlığının izlənilməsi istiqamətində təsərrüfatlarda aparılan monitorinqlərin sayı açıqlanıb.

“Qanunla.az” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib ki, qeyd olunan müddətdə ümumilikdə 4 020 monitorinq aparılıb.

O qeyd edib ki, həmin monitorinqlərin 2 500-ü pomidor, 326-sı alma, 1 062-si kartof, 64-ü meyvə bağları, 68-i isə soğanla əlaqəli olub.

E.Mikayılov əlavə edib ki, həmin dövrdə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda 209 monitorinq aparılıb:

“Keçən ildən bu yana uyğunsuzluq aşkarlanan müəssisələrin sayı 155, uyğun müəssisələrin sayı 54, xüsusi təhlükəli gübrə aşkarlanan anbarların sayı isə 87 olub”.

AQTA rəsmisi onu da vurğulayıb ki, hazırda 13 ölkə ilə bitki mühafizəsi və karantini sahəsi üzrə saziş və anlaşma memorandumu layihələri hazırlanıb və imzalanması üzrə işlər aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki