image-qanunla-reklam
image-894c6b1d-8d5e-4517-82a3-ea0cacaa1c42

Zərdab rayon S.Ə.Şirvani adına İsaqbağı kənd tam orta məktəbdə Bilik günü qeyd olunub

image-lady-day-az

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

Qanunla.Az xəbər verir ki, bununla da ölkədə 2023-2024-cü tədris ilinə start verilib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Zərdab rayon S.Ə.Şirvani adına İsaqbağı kənd tam orta məktəbdə Bilik günü qeyd olunub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Mərkəzi Aran Regional Təhsil idarəsinin Zərdab Təhsil sektorunun müdiri Gülağa İsgəndərov, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıb. Ali təhsil ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı ölkəmizdə təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev gənclərin təhsilinə, hərtərəfli hazırlığına böyük önəm verir, müstəqil Azərbaycanı inamla işıqlı gələcəyə doğru aparır. Müasir gənclik qalib bir dövlətin vətəndaşı olduğu üçün fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışmalıdır.

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək bildirdi ki,Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.

Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.

Daha sonra Zərdab Təhsil sektorunun müdiri Gülağa İsgəndərov, çıxış edərək qeyd edib ki, bu il Zərdab rayonundan 176 nəfər Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ölkəmizin müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. Onlardan bir nəfəri qızıl, bir nəfəri isə gümüş nişanla məktəbi bitirmişdir və 15 nəfəri 500-dən yüksək bal toplamışlar. Həmçinin 3 nəfər şagird Respublika fənn olimpiadasında qızıl, gümüş və bürünc medal qazanmışlar.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.

Vüqar Rəhimov

image-576ef96a-2954-439f-8c2b-fc05afbfdc91image-f2708ed1-b903-4ead-9bf1-02ebf588f7feimage-3079c4ec-5b33-46c9-9d68-213dc5ec4670image-6df03156-7185-4bcb-9345-3f9e249bcb18image-7510673a-39b2-438d-b7b9-8dd8246e5168image-f6f6558b-7f15-4ef7-8ed9-6e45c544f485image-4fc389fd-6edc-4571-a826-da7969aafb48-1image-0aea8907-ca57-42af-b9e3-3206314b79ebimage-56ed2fa1-f598-4362-af86-39cc79968375image-894c6b1d-8d5e-4517-82a3-ea0cacaa1c42image-da728c14-15ed-4f5e-9b1b-db4414d6fd68image-4fc389fd-6edc-4571-a826-da7969aafb48image-6a14fc89-efe6-4626-a3f0-1e94e7d1e377image-9e58590c-6805-4239-8b66-853bbbc66560image-3fe624d9-ce1f-42ac-8bc7-2d7314371a5cimage-613872e3-2430-4f22-8509-ad50380c88d0image-f839aef2-84af-4cc4-8902-c04788598512image-f692466b-f08c-4f59-a0f5-7bd791eea16eimage-06354d7e-c03f-4ea6-b082-f5c256c86c26image-b2766e6f-9711-49b5-a9de-3fa079dafa2aimage-a4d28d5e-9d2e-434e-a117-391270b3ae95


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki