image-qanunla-reklam
image-1690176724-bagca

Valideynlərin nəzərinə: Bağçalara qəbul başlayır

image-lady-day-az

İyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır.

“Qanunla.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki,valideynlər http://www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər

Avqustun 1-i saat 11:00-da regional təhsil idarələri, avqustun 8-i saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki