image-qanunla-reklam
image-1683350583_1681829609_img-20230418-wa0032

Telefonu təhvil verdiyi üçün imtahandan qovulan şagirdlə bağlı YENİ QƏRAR

image-lady-day-az

Bir müddət əvvəl  imtahan zalından çıxarılan şagirdlə bağlı müsbət qərar verilib. 

“Qanunla.az” xəbər verir ki, bununla bağlı imtahandan əvvəl üzərində telefon olduğunu öyrənən və onu təcili formada nəzarətçiyə təhvil verən Nurun anası aktrisa Ellada Sarvan məlumat yayıb.

O qeyd edib ki, Nur imtahana buraxılacaq: “Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim”.

Qeyd edək ki, aktrisanın qızı imtahana girməmişdən öncə gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahan zalından çıxarılmışdı. Ellada Sarvan şikayətində bunu övladına qarşı haqsızlıq kimi qiymətləndirmişdi. DİM-dən həmin zaman verilən açıqlamada isə şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu bildirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki