image-qanunla-reklam
image-1649665875147458180_1000x669

Təhsil Nazirliyi: Məktəblilərimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğur qazanıblar

image-lady-day-az

Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb.

Qeyd edək ki, X sinif şagirdi Səfurə Ramizqızı vəkil Adəm Məmmədovun və Qanunla.az saytının baş redaktoru Xəyyam Məmmədovun əmisi qızıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki