image-qanunla-reklam
image-1681977220-20210122130202_img_2809

“Tarix fənni maraqlı olmalıdır ki, şagirdlər oxusun” – Nazir

image-lady-day-az

Tarix fənni ilə bağlı metodik yanaşmalar dəyişməlidir.

“Qanunla.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan – Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

Nazir xatırladıb ki, Azərbaycan orta təhsil sistemində tarix fənni 5-ci sinifdən keçirilir. Hazırda Qarabağ tarixi 8-ci sinifdən başlayaraq tədris edilir, eyni zamanda Vətən müharibəsindən sonra Zəfər tarixi tədris olunur, lakin Zəfər tariximiz elə bir mövzudur ki, hər il yenilənir və bundan sonra da yenilənərək davam edəcək.

E.Əmrulayev bildirib ki, Azərbaycan dərsliklərindəki tarixə aid mətnlər kifayət qədər mürəkkəbdir. “Biz təhsili tənzimləyirik, biz müəlliflərin yazdığının içərisindən ən yaxşısını seçirik. Biz çalışmalıyıq ki, mətnlər uşaqlar üçün aydın və anlaşılan olsun”, – deyə nazir bildirib.

O vurğulayıb ki, tarix fənni ilə bağlı metodik yanaşmalar dəyişməlidir. “Tarix fənni maraqlı olmalıdır ki, şagirdlər oxusun. Yeni texnologiyalar yeni məzmun gətirb və bunu nəzərə alaraq zəruri olan məzmunu uşaqlara çatdırmalıyıq. Elə etməliyik ki, bu məzmun maraqlı və uşaqları həvəsləndirən olsun”, – deyə nazir əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki