image-qanunla-reklam
image-348390613_1269363517020764_3595787656196458870_n

Tanınmış vəkildən açıqlama: “Zamiq Bağırova qarşı bu cür qaralama kampaniyasından istifadə edilməsi bizləri məyus edir”

image-lady-day-az

“Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırova qarşı bu cür qaralama kampaniyasından istifadə edilməsi bizləri məyus edir. Zamiq Bağırov əvvəllər istintaqçı və peşəkar vəkil olmuşdur.

Hazırda isə ölkəmizdəki ədalətli hakimlərdən biridir. Mən illərin peşəkar vəkili olaraq deyirəm ki, bu günədək Zamiq Bağırovun icraatında olan 2 prosesdə iştirak etmişəm. Hər iki prosesin yekununda o ədalətli mövqe nümayiş etdirmişdir. Hazırki vəziyyətdə liftin istifadəsinə yaradılan maneənin aradan qaldırılmasına dair məhkəmə qərardadı mövcuddur.

Zamiq Bağırov sosial şəbəkədə şişirdildiyi kimi lifti yararsız vəziyyətə salmamışdır. O, sadəcə məhkəmə qərarını heçə sayan komendantın liftin istifadəsinə maneə yaratmaq üçün yerləşdiyi düyməni çıxartmışdır. Sosial şəbəkədə yayılan məlumatlar qərəzli olaraq ona qarşı qaralama kampaniyasının aparıldığını göstərir. Artıq sosial şəbəkə vasitəsi ilə məhkəmə qərardadını icra etməyərək qanun tələblərini heçə sayan komendant belə hakimlərimizi gözdən salmaq gücünə malikdir”, – deyə tanınmış vəkil Adəm Məmmədov öz “Facebook” hesabında bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki