image-qanunla-reklam
image-1698217428-1560844313_0e4bf2350ad31cecc2229149e12914d5

Aliment ödəyicilərinin sayı AÇIQLANDI

image-lady-day-az

Azərbaycanda aliment ödəyicilərinin sayı açıqlanıb.

“Qanunla.az” xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki