image-qanunla-reklam
image-76e736b5-f79e-47ae-8ec9-5e5c3f1bfd49-1024x577

Şagirdlər sosial sahibkarlıq təşəbbüslərinə təşviq edilir

image-lady-day-az

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, “Öndə” gənclər ictimai birliyinin tərəfdaşlığı ilə Bakı şəhərinin 8 №-li tam orta məktəbində “Yeniyetmələrin sosial sahibkarlıq təşəbbüsləri” adlı layihənin icrasına başlanılıb.

Qanunla.Az Feso-a istinadən xəbər verir ki, layihənin icra müddəti 6 aydır. Layihənin məqsədi şagirdlərin sosial sahibkarlıq istiqamətində təşəbbüslərini inkişaf etdirən tədris mühitini formalaşdırmaqdır.

Layihənin ilkin mərhələsində məktəbin 4 müəlliminin və 20 şagirdinin iştirakı ilə 5 gün, 40 akademik saat davam edən, qeyri-formal təhsil metodları tədris edilən təlim təşkil olunacaq.

Təlim şagirdlərin sosial sahibkarlıq ideyalarını irəli sürmə bacarıqlarının artırılmasına, irəli sürülən ideyaların layihə təklifi formasında hazırlamaq səriştələrinin formalaşdırılmasına xidmət edəcək.

Təlim proqramın bitirən şagirdlər üçün sosial sahibkarlıq təşəbbüslərinin layihələşdirilməsi məqsədilə müsabiqə elan olunacaq. Şagirdlər tərəfindən layihələşdirilən ideyalar qiymətləndirilərək qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki