image-qanunla-reklam
image-1691044707_365304422_593875599575934_1106623703700054556_n

Nazirlikdən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA

image-lady-day-az

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

“Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”, – məlumatda qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki