image-qanunla-reklam
image-1666596294_465572

Müasir Azərbaycan təhsili ! – Göstəricisi bumu ? //FOTO

image-lady-day-az
Müasir Azərbaycan təhsili !
Qanunla.az: – Hərçənd ki, nə tədris olunan dərsliklərdə, nə dərslərdə, nə də aşağıda sizə təqdim etdiyimiz məktəb binasında (bir çox bölgələrdə bu cür bərbad vəziyyətdə olan məktəb binaları var) bu kəlmə ümumiyyətlə əlçatmaz görünür.İstər dərslər olsun, istər məktəblər illər öncəki “Molla Nəsrəddin” jurnalında yayımlanan karikaturaların birə-bir eynisi. O zaman müasir təhsildən ağız dolusu danışan Elm və Təhsil naziri Emin Əmrullayev “müasir” deyərkən, ümumiyyətlə nəyi nəzərdə tuturdu?

Müasir Azərbaycan təhsili ! - Göstəricisi bumu ? //FOTO

Müasir Azərbaycan təhsili ! - Göstəricisi bumu ? //FOTO

Müasir Azərbaycan təhsili ! - Göstəricisi bumu ? //FOTO

Gördüyünüz bu fotolar yerli sakinlər tərəfindən “DogruXeber.az” redaksiyasına göndərilib. Bildirilir ki, bura İmişli rayonunun Aranlı kəndində şəhid Yusif Sadatxanovun adını daşıyan 1 saylı orta məktəbidir.

Məktəb 1972-ci ildən fəaliyyət göstərir. Təhsil ocağında 420 şagird oxuyur.

21-ci əsrdə məktəb binasının bu cür utancverici görüntüləri nəinki “müasir” sözünə qara ləkədir, eyni zamanda ölkə başçısının sərəncamı ilə təhsil sahəsinə ayrılan milyonlar barəsində də qara şübhələr yaradır.

O da yetmirmiş kimi, tez-tez imzalanan tender müqavilələri, sözügedən sahədə heç nəyi ilə nəzərə çarpmır.

Doğrusu, yerli sakinlərin dediyinə görə İmişli rayon Təhsil İdarəsinin öz inzibati binasının da durumu heç də gördüyünüz bu məktəbdən geri qalmır.

Qeyd edək ki, İmişli rayonunun bir neçə kəndindəki orta məktəb binaları bu cür təmirsizdir, üstəlik də önümüz qış və yenə də şagirdlər özləri ilə kitab-dəftərlə bərabər, hər gün odun daşıyacaqlar, qış boyu. 80-90-cı illərdə olduğu kimi.

İndi isə 2022-ci ildir. Hər dövrün şairi rəhmətlik böyük Mirzə Ələkbər Sabir demişkən:
“Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz”.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki