image-qanunla-reklam
image-1689055733_azedu-az_1654501759_miq_891

MİQ imtahanları başladı

image-lady-day-az

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən “Qanunla.az”a verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki